Ana səhifə · Hesab
Demo hesab nədir?
Saytı sınamaq üçün hesabdır. Onu yalnız login və şifrə ilə açırsan — telefon və e-poçt istəmirik.
| Demo hesab | Daimi hesab | |
|---|---|---|
| Necə açılır | Login və şifrə | Balansı ən azı 1 ₼ artırmaqla |
| Pulsuz imtahanlar | Bəli | Bəli |
| Pullu imtahanlar | Xeyr | Bəli |
| Nəticə və izahlar | İmtahandan sonra; hesabla birlikdə silinir | Kabinetdə qalır |
| Statistika, reytinq, sertifikat | Yoxdur | Var |
| Nə vaxt silinir | Son girişdən 24 saat sonra | Silinmir |
Niyə 24 saatdan sonra silinir?
Qeydiyyatda səndən nə telefon, nə e-poçt istəyirik. Sahibi bilinməyən hesabları saxlamırıq: son girişindən 24 saat sonra hesab və nəticələri silinir. Yenidən girsən, 24 saat təzədən sayılır.
Nə itirirəm?
Nəticələrini, statistikanı və reytinqdəki yerini. Demo hesabla pullu imtahanlara girmək də olmur.
Daimi hesab necə olur?
Balansını ən azı 1 manat artırırsan — hesabın dərhal daimi olur: silinmir, şəxsi kabinetin açılır, nəticələrin saxlanılır. Artırdığın məbləğ balansında qalır və pullu imtahanlara xərclənir.
Balans artırma tezliklə açılacaq. O vaxta qədər pulsuz imtahanlar demo hesabla tam işləyir.